CƏMİYYƏT


Koronavirusa qarşı peyvənd olunacaq risk qrupları açıqlandı

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq. Kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. Hazırlanan strategiya həftəsonu ictimaiyyətə açıqlanacaq.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı keçirilən iclasında deyib.