İDMAN


Cəmiyyətdə steroid istifadəsinin yayılması və onun fəsadları

Sentyabrın 24-də cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bildirilib ki, dopinqin bir növü olan anabolik steroidlərdən istifadə peşəkar idmanın sərhədlərini aşaraq cəmiyyət üçün ciddi problemə çevrilib. Hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Steroidlərdən istifadənin geniş yayılmasının əsas səbəbi iştifadəçilərin qısa müddət ərzində istədikləri bədən quruluşuna sahib olmaq arzusudur. Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdır. Agentliyin direktoru qeyd edib ki, AMADA-nın yaradılması ilə ölkədə peşəkar idmanda daimi dopinq nəzarətinin aparılması təmin edilib. Lakin, aparılan araşdırmalar və dünyada baş verən hadisələr göstərir ki, steroidlərdən istifadə ümumilikdə idman sahəsindən kənar çıxaraq ictimai xarakter alıb və artıq bütövlükdə cəmiyyət üçün təhlükə yaradır.Aparılan beynəlxalq araşdırmaların nəticələri göstərir ki, narkotikistifadəçilərinin 25%-i əvvələr anabolik steroid istifadəçisi olub. Steroidlərin istifadəsinin fəsadları ilə bağlı maarifləndirmə işində, onun qanunsuz dövriyyəsi və satışı hallarının aşkarlanmasında ictimaiyyət nümayəndələrinin, o cümlədən də kütləvi informasiya vasitələrinin geniş imkanları var. Şəfəq Hüseynli əlavə edib ki, Sağlam cəmiyyət və sağlam gələcək üçün bu mübarizədə bütün səylərin birləşdirilməsi vacibdir.