Xəzər rayonunda səkkiz evdən oğurluq edən şəxslər saxlanılıblar
28.09.2020 [14:28]
Xəbərin mətni
Xəzər Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakinləri Valeh Seyidov və Mustafa Abdullayev tutulublar. Araşdırma zamanı onların Xəzər rayonunun qəsəbələrində səkkiz evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.