Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir
29.09.2026 [16:21]
Xəbərin mətni
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən Ağcabədi rayonunun Təzəkənd kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndlənməsi həyata keçirilir. Peyvəndləmə tədbirlərinin əsas məqsədi kənd təsərrüfatı heyvanları arasında dabaq xəstəliyinin yayılmasının qarşısının alınması, heyvanların sağlamlığının qorunması və təsərrüfatlarda bioloji təhlükəsizliyin təmin edilməsidir.