Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb
29.09.2020 [08:22]
Xəbərin mətni
Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rənglərilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.AZƏRTAC xəbər verir ki, Atakule üstündəki işıq-şou Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə təşkil olunub.