SİYASƏT


“Al Jazeera” telekanalı azərbaycanlı məcburi köçkünlər barədə reportaj yayımlayıb

“Al Jazeera” televiziya kanalı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər barədə reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində qaçqın və məcburi köçkün şəraitində yaşayan insanların öz doğma yurdlarına qayıtmaq ümidlərindən söhbət açılır.