Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuz-Şəki avtomobil yolu yenidən qurulur

15.10.2020 [11:42]

Xəbərin mətni

Respublika əhəmiyyətli Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9,1 kilometr uzunluğa malik Şəki dairəvi yolunun da (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir-tikinti işləri aparılır. Şəki dairəvi yolunun 6 kilometrlik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3,1 kilometrlik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.