Nazir müavini: Karyerasını süni intellektin imkanları üzərində quran tələbə və vətəndaşlar uğur qazanacaqlar
26.09.2026 [16:21]
Xəbərin mətni
Süni intellekt dövründə əsas çağırış tələbələri mövcud işlərə hazırlayan sistemdən iş yerləri yarada bilən insanlar yetişdirən sistemə keçiddir. AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusunda paneldə deyib.