SİYASƏT


Prezident İlham Əliyev: Ermənistan bu atəşkəsdən istifadə edərək bizə yeni hücumlar təşkil etdi

Biz vasitəçilərə çox böyük bir jest etdik. Çünki bilirsiniz ki, ilk günlərdən bizə atəşkəslə bağlı müxtəlif yerlərdən mesajlar gəlirdi. Təbii ki, dünyanın öz qaydaları var, müharibənin öz qaydaları, öz qanunları var. Əgər sənə kimsə hücum edirsə, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən. Bildiyiniz kimi atəşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbi humanitar məsələlərdir. Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmli addımlar atdıq. Ancaq təəssüf ki, Ermənistan bu atəşkəsdən istifadə edərək bizə yeni hücumlar təşkil etdi.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin NTV kanalına müsahibəsində bildirib.