Azərbaycan Dövlət İnformasiya Agentliyi

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

07.10.2026 [12:55]

Xəbərin mətni

Dünyada itkin düşmüş şəxslərin sayı artır. Norveç Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, hazırda 1946-cı ildən bəri ən çox münaqişənin yaşandığı dövrdəyik. Bundan əlavə, qlobal istiləşmə nəticəsində də insanların itkin düşməsi halları artır. Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çıxışı zamanı deyib.