SİYASƏT


Azərbaycan Prezidenti: Ermənistanın kriminal faşist rejimi bölgəmiz üçün, dünya üçün böyük təhlükədir

Bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün səhər saat 6-dan 8-ə qədər Tərtər rayonuna 190, Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb. Yəni, onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar.