Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elnur Bağırov: İqtisadi əlaqələrin genişlənməsi rəqabət orqanları arasında əməkdaşlığın əhəmiyyətini artırır

29.10.2026 [15:27]

Xəbərin mətni

Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şura uzun illər ərzində MDB-yə üzv ölkələrin rəqabət orqanları arasında peşəkar münasibətlərin inkişafına xidmət edən mühüm platforma kimi formalaşıb. Şuranın əsas üstünlüyü ondan ibarətdir ki, bu platforma milli təcrübələrin müqayisəsi ilə yanaşı, bazarlarda meydana çıxan yeni çağırışlara birgə yanaşmaların hazırlanması üçün imkanlar yaradır. İqtisadi əlaqələrin və transsərhəd fəaliyyətin genişləndiyi bir şəraitdə bu əməkdaşlığın əhəmiyyəti daha da artır. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Xankəndidə keçirilən MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında çıxışında deyib.