Şabranlı fermerlər güzəştli şərtlərlə 1355 ton mineral gübrə alıblar
23.10.2020 [12:42]
Xəbərin mətni
Şabranlı fermerlər bu il güzəştli şərtlərlə 1355 ton mineral gübrə əldə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçılar yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi vasitəsilə mineral gübrə ala bilirlər.