SİYASƏT


Ermənistan terrorçuları və muzdlu əsgərləri ərazidən çıxarmalı, hücumlara və işğala son qoymalıdır

Sentyabrın 27-də Azərbaycana hücum edən Ermənistan oktyabrın 10-da və 18-də razılaşdırılmış humanitar atəşkəs qərarlarına məhəl qoymadan beynəlxalq hüquqa zidd olaraq Azərbaycanda dinc əhalini və mülki yaşayış yerlərini atəşə tutmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin cəbhədəki mövcud vəziyyətlə bağlı növbəti açıqlamasında yer alıb.