Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər
07.10.2026 [12:10]
Xəbərin mətni
Silahlı münaqişələr və digər vəziyyətlər kontekstində qeyri-müəyyən itki ən ağrılı və uzunmüddətli humanitar problemlərdən biri olaraq qalır. Bunun təsiri ən çox yaxınlarının taleyi ilə bağlı bəzən onilliklər ərzində qeyri-müəyyənlik içində yaşayan ailələr tərəfindən hiss olunur. Bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxış edərkən deyib.