SİYASƏT


Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində səsləndirib.