SİYASƏT


Azərbaycan Prezidenti: Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz

Oktyabrın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi və mənim mövqeyim elə idi ki, bu humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin dəyişdirilməsi, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17-də yeni atəşkəs qüvvəyə mindi. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində Ermənistanın atəşkəsi davamlı olaraq pozması barədə danışarkən deyib.