Hikmət Hacıyev:Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil
27.10.2020 [19:45]
Xəbərin mətni
Humanitar atəşkəsə baxmayaraq, Azərbaycan əraziləri, mülki vətəndaşlar atəşə tutulmaqda davam edir. Bu onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın bu gün Bərdə rayonuna raket atması ilə bağlı keçirilən brifinqdə deyib.