Azərbaycan səfiri “Əl- Ərəbiyə” kanalına müsahibəsində Ermənistanın təcavüzkar siyasətindən danışıb
29.10.2020 [19:28]
Xəbərin mətni
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev “Əl-Ərəbiyə” televiziya kanalında müsahibə verib. Proqramın əvvəlində aparıcı Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda döyüşlər getdiyini xatırladıb, regionun Azərbaycan ərazisinin daxilində yerləşdiyini bildirib.Proqram zamanı ermənilərin Bərdə şəhərində dinc əhaliyə qarşı törətdiyi cinayət nəticəsində 21 mülki şəxsin həlak olduğu, onlarla insanın yaralandığı da diqqətə çatdırılıb.