SİYASƏT


Peru televiziyasında Ermənistanın törətdiyi müharibə cinayətlərindən danışılıb

Perunun nüfuzlu “ATV” telekanalında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri haqda müsahibəsi efirə gedib.
AZƏRTAC xəbər verir ki, müsahibədə səfir Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonla birlikdə Peru da daxil olmaqla beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxındır işğal edildiyini və burada yaşayan 1 milyona yaxın soydaşımızın etnik təmizləməyə məruz qoyulduğunu bildirib.