SİYASƏT


Malik Ayyub Sumbal: Ermənistan mülki insanları hədəfə almaqla Azərbaycan Ordusunun zəfər yürüşünə mane olmaq istəyir

Ermənistan Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmalarının qüvvəyə minməsindən sonra mülki insanların ölümünə səbəb olan hücumlar təşkil edib. Ermənilərin mülki insanları öldürmək əməlləri, əslində, diqqəti Dağlıq Qarabağdan yayındırıb başqa istiqamətə yönəltməkdir. Ermənistanın baş naziri Nikol Paşinyanın niyyəti diqqəti Dağlıq Qarabağda gedən döyüşlərdən yayındıraraq yeni mübahisələrə səbəb olmaq və Azərbaycan Ordusunun zəfər yürüşünü dayandırmaqdır. Amma bu niyyət iflasa uğrayıb və Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edəcək.