İsveçdə Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil edilib
01.11.2020 [11:11]
Xəbərin mətni
İsveçin paytaxtı Stokholmda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, İsveçdə yaşayan azərbaycanlıların keçirdiyi yürüşdə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş 40-a yaxın müxtəlif növlü nəqliyyat vasitəsi Stokholmun Strandvagen bulvarından başlayaraq şəhərin əsas küçələrinə yürüş edib.