SİYASƏT


Hikmət Hacıyev: Ermənistan Azərbaycanın mülki əhalisinə qadağan edilmiş ən güclü silahlardan istifadə etməklə atəş açır

Ermənistanın hibrid müharibəyə keçməsi barədə məlumatlar daxil olur. Adətən ölkələr müharibəni uduzduqda asimmetrik və hibrid müharibədən istifadə edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 3-də keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.