Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Anar Eyvazov: Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir

03.11.2020 [16:24]

Xəbərin mətni

Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir. Ötən müddət ərzində Ermənistanın Berd, Çəmbərək, Qafan rayonlarından Azərbaycanın Tovuz, Qubadlı və Cənbrayıldakı bölmələri atəşə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.