Azərbaycan Dövlət İnformasiya Agentliyi

Riqa şəhərinin reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib

06.11.2020 [11:59]

Xəbərin mətni

Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən Riqa şəhərinin mərkəzi küçələrindəki reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib.AZƏRTAC xəbər verir ki, həmin təqdimatlarda Azərbaycan Respublikasının xəritəsi üzərində “Qarabağ Azərbaycandır!” şüarı ilə yanaşı, “StopArmenianTerrorism” və “StopArmenianAggression” və “PrayForAzerbaijan” həştəqləri, həmçinin “Ermənistan mülki vətəndaşlara hücum edir”, “Erməni işğalına son” və “Terrora son” ifadələri yer alıb.