SİYASƏT


Minskdə Dövlət Bayrağı Günü və Şuşanın erməni işğalından azad edilməsi münasibətilə tədbir keçirilib

Azərbaycan diasporunun nümayəndələri Dövlət Bayrağı Gününü və Şuşanın erməni işğalından azad edilməsini qeyd etmək məqsədilə Azərbaycanın Belarusdakı səfirliyinin önündə toplaşıblar.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Lətif Qəndilov Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə həmvətənlərimizi təbrik edib və qələbəyə gedən yolun çox uzun və çətin olduğunu söyləyib.