Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birləşmiş Ərəb Əmirlikləri ictimaiyyəti tarixi Qələbəmiz, 10 noyabr Bəyanatı haqqında məlumatlandırılıb

12.11.2020 [19:01]

Xəbərin mətni

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Mahir Əliyev İsrailin “İ24 (Arabic)” televiziya kanalının xəbərlər proqramında təşkil edilmiş çoxtərəfli görüşdə iştirak edib.
Ölkəmizin BƏƏ-dəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların tam dayandırılması barədə Azərbaycanın Prezidenti, Ermənistanın baş naziri və Rusiyanın Prezidenti tərəfindən noyabrın 10-da imzalanmış Bəyanata həsr edilmiş görüşdə səfir Mahir Əliyevlə yanaşı, rusiyalı siyasi şərhçi Yevgeni Sidorov və beynəlxalq münasibətlər üzrə fransalı ekspert Yunis Bəlfələh də iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI