SİYASƏT


Bolqarıstanın aparıcı televiziya və radiosunda Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə məlumat verilib

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın Burqas şəhərinin aparıcı “Kanal O” televiziya kanalı və “Burgas Radio”suna müsahibələr verib.
AZƏRTAC xəbər verir ki, “Kanal O” televiziya kanalına müsahibəsində Ermənistanın Dağlıq Qarabağ bölgəsindən əlavə ətrafda yerləşən və ermənilərin heç zaman yaşamadığı yeddi rayonu işğal etməsi faktına diqqət çəkən diplomat Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığını qeyd edib.