Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır
12.11.2020 [22:24]
Xəbərin mətni
Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində 28 ildən sonra ilk dəfə namaz qılınıb. Bu barədə video sosial şəbəkələrdə yayılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videoda Şuşa məscidinin minarəsində Azərbaycan bayrağının asıldığı və hərbiçilərimizin namaz qılmaq üçün məscidə daxil olduğu görünür.