Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncədə erməni faşizminin izləri ilə tanış olub

13.11.2020 [15:45]

Xəbərin mətni

Ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti noyabrın 13-də Gəncəyə gəlib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.