SİYASƏT


Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki infrastrukturuna külli miqdarda ziyan dəyib

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində ölkəmizin mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsi ilə bağlı noyabrın 13-də keçirilən brifinqdə bildirib.