SİYASƏT


Prezident İlham Əliyev: Biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qələbə qazandıq

Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri xalqa müraciətində söyləyib.