CƏMİYYƏT


DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına ciddi əməl edilməsi ilə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə qeyd olunub ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Nazirliyin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması, COVID-19 virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin özlərini təcrid etmələri, digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları ciddi nəzarətdə saxlanılır.