Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır
01.10.2026 [11:41]
Xəbərin mətni
Azərbaycanda müasir baytarlıq təbabəti üzrə peşəkar kadr hazırlığı və heyvan sağlamlığının qorunması istiqamətində yeni təhsil modelləri tətbiq olunur. Xəzər Universitetinin Türkiyənin “Hasvet” şirkəti ilə əməkdaşlığı əsasında yaradılmış HASVET Baytarlıq təbabəti fakültəsi də bu istiqamətdə fəaliyyət göstərir. Fakültənin dekanı Çiçək Əliyeva AZƏRTAC-a müsahibəsində baytar həkimlərinin zoonoz xəstəliklərin qarşısının alınmasında rolu və bu sahədə kadr hazırlığı məsələləri ilə bağlı məlumat verib. Müsahibəni təqdim edirik.