Mənsum İbrahimov: Ağdam məscidində verdiyim azan Allaha təşəkkürüm idi
26.11.2020 [16:11]
Xəbərin mətni
Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov doğma yurdları Ağdama səfər ediblər. Mənsum İbrahimov Ağdam məscidində azan səsləndirib. Sonra xanəndələr birlikdə "Qarabağ" mahnısını ifa ediblər. Xalq artisti Mənsum İbrahimov Ağdamda gördüklərini və 27 il sonra doğma yurduna qayıtmağı ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb.