Azərbaycandakı diplomatik korpusun nümayəndələri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
29.11.2020 [11:54]
Xəbərin mətni
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, diplomatlar düşmənin Tərtərə atdığı kasetli raketlərin qalıqlarına baxıblar. Bildirilib ki, düşmən Tərtərə 21 kasetli raket atıb. Onun 14-nün qalıqları Tarix-Diyarşünaslıq Muzeyinin yanında sərgilənir.