Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır
01.10.2026 [16:04]
Xəbərin mətni
Xəzər regionunda sabitlik və əməkdaşlıq baxımından mühüm dinamika müşahidə olunur. İkinci Qarabağ müharibəsindən sonra regionun geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan-Ermənistan sülh prosesi, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin inkişafı və vətəndaş cəmiyyətləri arasında münasibətlərin genişləndirilməsi bu prosesin əsas istiqamətlərini təşkil edir. AZƏRTAC xəbər verir ki, bu sözləri CAMCA Regional Forumu çərçivəsində keçirilən "CAMCA 2030-a doğru: Regiona təsir edən qlobal dəyişikliklər" mövzusunda panel sessiyada Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.