CƏMİYYƏT


Düşmən maneələrini yararaq yol açarkən bir ayağını itirən istehkamçı qazi evinə dönüb

Vətən müharibəsində düşmən maneələrinin yarılaraq yolların açılmasında istehkamçı hərbçilərimizin əvəzsiz xidməti var. Belə istehkamçılardan olan Ceyhun Camalov döyüşlər vaxtı minaya düşərək ayağını itirib. Qazimiz müalicəsini tamamlayaraq evinə dönüb.
AZƏRTAC xəbər verir ki, Beyləqandan olan istehkamçı qazi Ceyhun Camalov öz rayonuna dönərkən alqışlarla qarşılanıb.