SİYASƏT


Prezident İlham Əliyev: Bəyanatın doqquzuncu bəndinin icrası Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək

Üçtərəfli bəyanata əsasən bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev xalqa müraciətində bəyanatın doqquzuncu bəndinin icrası haqqında məlumat verərək deyib: “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır