Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam rayonunda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkar edilib

02.12.2020 [18:48]

Xəbərin mətni

Ağdam rayonunun Bənövşələr qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri - iki ədəd saxsı qab və çoxlu saxsı qırıntılar aşkar olunub.
Qəsəbə sakini Zamiq Abbasov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, saxsı qabları həyətdə təsərrüfat işləri apararkən tapıb. Aşkar edilən mədəniyyət nümunələri rayon tarix-diyarşünaslıq muzeyinə təhvil verilib.