SİYASƏT


Professor Zakir Avşar: Tarixi Qələbə Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin cəbhədə qazandığı möhtəşəm zəfərdir

Azərbaycan çox böyük sevinc yaşayır. Təbii ki, hamı kimi, mən də çox sevincliyəm. Ağdam rayonunun 27 ildən sonra Azərbaycana qaytarılması tarixi bir hadisədir. Bu, şəhid və qazilərimizin canı, qanı bahasına qazanılmış uğurdur. Bu, böyük hərbi zəfərin və müdrik diplomatiyanın nəticəsidir. Azərbaycan öz problemini təkbaşına həll edərək, hərbi gücünü və diplomatik imkanlarını bütün dünyaya göstərdi.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dekanı, professor Zakir Avşar ifadə edib.