CƏMİYYƏT


Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunublar

Prezident İlham Əliyevin xüsusi qayğısı sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli sosial təminat və müasir reabilitasiya sistemi ilə əhatə olunmasına imkan yaradıb.Həmin kateqoriyadan olan uşaqlar üçün aylıq müavinət, həmçinin onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü ödənilməklə, eyni zamanda, həmin uşaqlar üçün reabilitasiya sisteminin inkişafına xüsusi diqqət yetirilir.