CƏMİYYƏT


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Ankarada ehtiramla yad olunub

Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə dekabrın 4-də Ankara vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-da) ölkəmizin Türkiyədəki səfirliyi qarşısında sükut dəqiqəsi olub.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsinə ehtiram göstərilib.Bir dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin hörmətlə yad edilib.