Düşmənlə sərhəddə yerləşən Qazaxda şəhidlərimiz ehtiramla anılıb
04.12.2020 [16:02]
Xəbərin mətni
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Qazax rayonunda da ehtiramla yad edilib. Saat 12:00-da rayonun bütün ərazisində bir dəqiqəlik sükut elan olunub, avtomobillərin və piyadaların hərəkəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, həmin gün Qazax cümə məscidində şəhidlərin ruhuna dualar və “Qurani- Kərim”dən ayələr oxunub, Vətən müharibəsində həlak olanların xatirəsi hörmətlə anılıb.