CƏMİYYƏT


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Qarabağ bölgəsində yad edilib

Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli şəhəri və rayonun işğal altında olan kəndləri də azad edilib. Füzulililər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əziz tutur, ehtiramla anırlar.
Prezident İlham Əliyevin Sərəncamına əsasən bu gün saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Horadiz şəhər məscidində cümə namazı qılıb, şəhidlərin ruhuna dualar edilib.