Siyəzəndə COVID-19 xəstəsi işlədiyi mağazada aşkarlanaraq yaşadığı ünvana qaytarılıb
04.12.2020 [16:32]
Xəbərin mətni
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Sədan kənd sakini Rufanə Əliyevanın karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən R.Əliyeva satıcı kimi işlədiyi mağazada aşkarlanaraq yaşadığı ünvana qaytarılıb.Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Siyəzən rayon Polis Şöbəsində araşdırmalar aparılır.