DÜNYA


Çinin "Çanye-5" kosmik aparatı Yerə qayıtmağa hazırlaşır

Çinin Aydan süxur nümunələri gətirmək üçün orbitə çıxardığı “Çanye-5”in (Chang'e-5) kosmik aparatının qayıtma modulu Yerə dönməyə hazırlaşır.
AZƏRTAC Çin Dövlət Kosmos Administrasiyasına istinadla xəbər verir ki, kosmik aparatın enmə-qalxma modulu Ay səthindən təxminən 2 kiloqram süxur nümunələri götürdükdən sonra qalxma modulu Aydan aralanaraq orbitə qalxıb. Qalxma prosesi cəmi 6 dəqiqə çəkib. Modul Yən orbitində gözləyən "Çanye-5" kosmik aparatı ilə birləşərək, topladığı süxur nümunələri ona ötürəcək. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparatın geri qayıdan modulunun dekabrın 16-17-də Çinin şimalındakı Daxili Monqolustan muxtar rayonunda Yerə enməsi planlaşdırılır.