Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
04.12.2020 [17:50]
Xəbərin mətni
Dekabrın 4-də ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, saat 12:00-da Şəki şəhərində və rayonun yaşayış məntəqələrində ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.