CƏMİYYƏT


Sumqayıtda karantin qaydalarını pozan tədris müəssisəsi aşkar edilib

Sumqayıt şəhərində Operativ Qərargahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.