CƏMİYYƏT


RİİB könüllüləri Azərbaycan Dövlət Himnini ifa edib

5 dekabr - Beynəlxalq Könüllülər Günü ilə bağlı keçirilən tədbirlər çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri maraqlı kompozisiya ilə çıxış ediblər. Müxtəlif regionları təmsil edən 50-yə yaxın RİİB könüllüsü Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediliblər.Hər könüllünün öz yaşadığı bölgədə səsləndirdiyi himn, tanınmış bəstəkar, əməkdar artist Vüqar Camalzadə tərəfindən aranjiman olunub.